10 Yanvar 2020 11:58
1 719
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Səidə Sultan 5/5 verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, Səidə Sultan aparıcının “Yenidən “W Trio”nun qızlarını birlikdə dəvət etsək oxuyarsınızmı” sualına etiraz edib: “Qrupda Natavan Həbibi, Xurmana Şuşalı və mən vardım. Amma hər kəs öz işi ilə məşğul olsa daha məsləhətlidir”.

Müğənni “Ara müğənilərini pisləyirdin,son vaxtlar tərifləyirsən” fikrinə təkzib verib: “Xeyr, mən kiməm ki… Ara mahnısı yoxdur. Hər şey müğənninin özündən asılıdır. Biri var tərbiyəli oxuyan, biri də var tərbiyəsiz.

Bu gün Azərbaycan şou-biznesində tərbiyəsiz oxunuş tərzində oxuyanlar çoxdur. Səsləri mədəni səs deyil. Elə müğənnilər var ki, efirə çıxmamalıdırlar. Bu gün elə səslər üzdədir. Mən hansısa mahnını elə tərzdə oxuya bilərəm ki, bayağılıqdan çıxa bilər. Mənim üçün musiqi yox, oxuyan bayağı ola bilər”.

“Şəbnəm Tovuzlu, Damlanın tez sönəcəklərini deyirdilər, amma yenə də gündəmdədirlər” sualını isə Səidə Sultan belə cavablandırıb: “Pis qızlar deyillər. Mənim onlara qarşı bəyənib-bəyənməməzlik kimi münasibətim yoxdur Sadəcə istəyim odur ki, hər kəs keyfiyyətli iş təqdim etsin”.

Müğənni Zaur Kamalın “Bəylərin sizə salamı var” deməsinə isə “Bilirdim ki, bu gün kişilər mənə salam deyəcəklər”deyib.


Müəllif: Rəqsanə Həsənova