23 Sentyabr 2014 11:42
1 085
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin tanınmış aktrisası Pelin Karahan ilk övladını qucağına almaq üçün səbrsizlənir.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, dostları ilə çıxdığı gəzinti zamanı jurnalistlərlə qarşılaşan aktrisa "Doğuma 3 ay qaldı. Oğulumuz olacaq. Adı da Əli Dəmir ... Həyəcanla onu qucağımıza alacağımız günü gözləyirik" deyib.

“Canım atam”

İyun ayında iş adamı Bedri Güntay ilə ailə quran Pelin Karahan, həyat yoldaşına ad günü münasibəti ilə maraqlı sürpriz edib. O, Bedriyə doğulmamış oğulları Əli Dəmirin adından duyğusal bir məktub yazıb.

Bedri Güntay "Instagram" hesabından paylaşdığı fotoşəkilin altına bu qeydi yazıb:

"32 yaşıma girərkən həyatımdakı ən gözəl hədiyyəni mənə verən həyat yoldaşım və həyatımızın mənası halına gələn canım oğlumla bir ömür xoşbəxt olmağın diləyi ilə."

Teleqraf.com həmin fotoları təqdim edir:

Rüstəm


Müəllif: