23 Sentyabr 2014 12:02
1 219
12 Punto 14 Punto 16 Punto 18 Punto

Narkotik ticarəti cinayətindən 6 il 3 ay həbsə məhkum edilən, lakin may ayından axtarışda olan türkiyəli müğənni Dəniz Səkinin yeni albomu işıq üzü görüb.

Teleqraf.com-un Türkiyə mətbuatına istinadən məlumatına görə, müğənninin “İz” adlı albomuna daxil olan “İyisin tabi” mahnısına çəkilən klipi yayımlanıb. D.Səkinin tutulma əmrindən qabaq çəkdirdiyi və 3 aydır göstərilməyən ekran işi bazar günü üzə çıxıb.

Klipin prodüseri Seyhan “Dənizin harada olduğunu ailəsi də bilmir. Albomun çıxmasına qardaşı razılıq verib. Qaçacağı sanki ürəyimizə dammışdı. Onunla bol-bol kadrlar çəkmişik. Həmin görüntülərdən 2-3 klip də ekranlaşdıraram”, deyə açıqlama verib.

Qeyd edək ki, klipində çəhrayı gəlinlik geyinən Dəniz Səkinin əhvalının yerində olduğu diqqətdən qaçmayıb. Ekran işinin rejissoru Dəniz Akeldir.

Rüstəm


Müəllif:

Oxşar xəbərlər