12 Yanvar 2020 08:54
738
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli müğənni Ömür Geldik 12 ilə yaxın eşq yaşadığı Fərhad Köçər ilə niyə evlənmədiklərinin səbəblərini açıqlayıb.

Teleqraf.com xəbər verir ki, müğənninin sözlərinə görə, Fərhad Köçərin evlilik məsələsində fobiyası var: “Mən əvvəllər evlənməsəydim və uşaq sahibi olmasaydım, onu məcbur edərdim. Bu səbəblə illərdir üzərinə getmirəm. Təbii ki, ailə gözəldir”.

Məşhur müğənni Fərhad Köçər də məsələyə münasibətibildirib: “12 illik münsibətdə bunlar normaldır. Bizim ayrılığımız ən çox 20 gün davam edir. Bu hal 3 dəfə başımıza gəlib. Mübahisələr olacaq, bunlar münasibətlərin duzu-istiotudur”.


Müəllif: Aysel Azad