12 Yanvar 2020 01:50
1 128
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur rejissor Kənan M.M “Söhbətsiz” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, o, aparıcının “Bahalı rejissorsan?” sualına cavabda vaxtilə səhvə yol verdiyini deyib: “Zamanında bir-iki səhv etmişəm. Subay idim, evim yox idi. Özümü ucuza çox satmışam, peşmanam. Hərdən haqqımda elə yüksək rəqəmlər deyirlər ki, məbləğdən xəbərim də olmur”.

Aparıcının “Ən rahat işlədiyin müğənni kim olub?” sualına isə Kənan M.M belə cavab verib: “Ən çətin Faiq Ağayev, ən yumşaq, söz eşidən Röya Ayxan olub. Hər ikimizin təzə tanınan vaxtları idi. Klip çəkirdik, yolu bağlatmışdıq. Oradan keçəndə hamı dedi ki, Kənan M.M klip çəkir, heç kim demədi ki, Röya Ayxan klip çəkdirir”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər