“Mən azərbaycanlı müğənnilərin heç birini sosial şəbəkədə izləmirəm”.
Teleqraf.com xəbər verir ki, bu sözləri “Şou-nyus” verilişində Nadir Qafarzadə deyib.
O, İnstaqramda qara siyahıya atdığı həmkarlarının adını açıqlayıb:
“Sosial şəbəkədə “layk” etməkdən başqa heç nə bilmirəm. Bir neçə müğənnini bloka salıbmışam. Mənə deyirlər ki, filankəs səni izləyir, onu qara siyahıya atmısan. İnstaqramdan başım çıxmır.
Sosial şəbəkələrdə hörmət etdiyim insanları bu qədər zəif və cılız görmək istəməzdim. İnstaqram bizim bir çox ayıblarımızı açdı tökdü. Elə şeylər var, gizli olmalıdır”.
İfaçı İnstaqramda qara siyahıya saldığı müğənnilərin adlarını da çəkib: “Vasif Əzimov, Türkan Vəlizadəni özüm də bilmədən bloka atmışam. Tolik deyir ki, sən Damla ilə eyni məclisə qatılmısan. Səni işarələmək istəyib və bacarmayıb. Görüb ki, qara siyahıya atmısan. Dedim, vallah, bilməmişəm.
Bu yaxınlarda məclisdə idim. Röya xanımla duet oxuşumduq, onu paylaşdım. Şəbəkə izləyiciləri mənə yazdılar ki, Röya Ayxan sizi izləyir.
Röyanın səhifəsinə baxıram ki, məni izləyir. Tez mən də onu izləməyə başladım”.