15 Yanvar 2020 13:10
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Vasif Məhərrəmli “Şou Nyus” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, sənətçi sosial şəbəklərdən gileylənib: “Anar Nağılbazın dünyasını dəyişməyində sosial şəbəkələrdəki rəylərin rolu böyük oldu. Anar dünyasını dəyişəndə həmin pis rəy yazan insanlar az da olsa vicdan əzabı çəkdilərmi? Həmin an yanlarında olub, sifətlərini görmək istərdim. Güclü olmaq lazımdır. Güclü olmayan insan qəbrə qədər gedə bilər”.

Əməkdar artist həmçinin onu xəsis adlandıranlara da cavab verib: “Simic deyiləm. Belə bir deyim var, pulu qazanmaq asandır, xərcləmək ondan çətindir. İndiki zamanda isə həm qazanmaq, həm xərcləmək çətindir. Pulu ağılla xərcləmək lazımdır”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər