15 Yanvar 2020 13:26
1 257
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mənə deyirlər ki, sevgilin var deyə belə oxuyursan... Halbuki sevgili olanda oxumaq istəmirsən, gəzməyə gedirsən. Sevgili olmayanda öz üzərində işləyirsən. Mən hər gün aşiq oluram. Baxıram ki, oğlanın geyimi gözəldir, aşiq oluram. Adam sevəndə yaxşı mahnılar oxuya bilmir”.

Teleqraf.com xəbər verir ki, bu sözləri xalq artisti Röya Ayxan “Şən bazar” verilişində deyib.

O, trendə düşən müğənnilər haqqında da danışıb: “Hərdən çox gözəl sənətkarlar səsi olmayanlar haqqında elə sözlər deyir ki, adam utanır. Ortalıqda trend ifaçıların olması normaldır. Onlar gəlir keçir. Onlardan sənətkar danışanda çox pis oluram. Düzdür, tək Röya Ayxanla, muğam ilə olmaz ki...”.

Qeyd edək ki, Röya Ayxan Anar Cəlilov ilə evli olub. Cütlüyün Hüseyn adlı oğlu var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər