15 Yanvar 2020 21:48
1 180
12 Punto 14 Punto 16 Punto 18 Punto

Reper Xpert (Şəhriyar Atababayev) sosial media hesabında qalmaqallı status yazıb.

Teleqraf.com xəbər verir ki, o, 100 min manat qonorar müqabilində "battle"a (qarşıdurma - red.) çıxmağa razı olduğunu bildirib.

Xpert qeyd edib ki, kiminlə qarşılaşması onun üçün maraqsızdır.

Reperə ən uyğun rəqib kimi Okaber göstərilib.

Sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə "Kəllə-kəlləyə" layihəsinin yaradıcıları ilə Xpert arasında mübahisə yaranıb.

Bununla bağlı sosial şəbəkələrdə “100 min manat”, “Xpertin koşeloku”, “Mazzinin böyrəyi” tipli onlarla troll hesablar yaradılıb.

Qeyd edək ki, Xpert 10 ildən çoxdur ki, fəaliyyət göstərir. Onun mahnıları "Youtube"da 30 milyondan çox baxış sayı toplayıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər