16 Yanvar 2020 01:37
1 625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəhim Rəhimlinin “MTV Azərbaycan” (Muz TV) icraçı direktoru vəzifəsindən azad edilməsi xəbəri dəqiqləşib.

Bu barədə Axar.az-a “MTV Azərbaycan” kanalından məlumat daxil olub. Məlumatda bildirilir ki, Rəhim Rəhimlinin qeyri-peşəkarlığı və idarəetmədə zəifliyi nəticəsində yaranan vəziyyət onun vəzifədən uzaqlaşmasını şərtləndirib.

R.Rəhimli 2018-ci ilin iyunundan bu vəzifəni daşıyırdı.

Qeyd edək ki, R.Rəhimlinin vəzifədən kənarlaşdırılması barədə bir neçə gün əvvəl məlumat yayılsa da, kanal rəhbərliyi rəsmi açıqlamasında faktı təkzibləməyə çalışmışdı. Bu gün isə MTV-nin təsisçisi Xudaverdi Hacıyev mediaya faktı dolayısı ilə təsdiqləyib. O qeyd edib ki, R.Rəhimli kanalda “qeyri-rəsmi” çalışırdı, hazırda isə işlərinin çoxluğu ilə bağlı özü kanaldan uzaqlaşıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər