16 Yanvar 2020 13:30
4 210
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Bu həyatda ən çox günahlandırıdığım hal budur. Qızıma istədiyim qədər vaxt ayıra bilmirəm. Amma təsəllim odur ki, onun gələcəyi üçün çalışıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri “Ona qalsa” verilişində müğənni Gülay Zeynallı deyib.

Aparıcının “Kamil Zeynallı qızınızla səndən çox vaxt keçirir. Çox gözəl atadır” fikrinə o, belə münasibət bildirib: “Əlbəttə, atasıdır, mən buna çox sevinirəm. Mənim övladımın o cür atası var. Hər kəs əlindən gələni edir.

Elə insanam ki, istəyimi büruzə verə bilmirəm. Hər axşam yatanda qızımı öpürəm, qucaqlayıram. Deyirəm ki, zamanı gələndə biləcəksən ki, anan sənin üçün çalışır. Sənin bu gününü, gələcəyini düşünür. Mənim bu səviyyədə olmağımın səbəbi göydə Allaha, yerdə anama borcluyam. O mənim əziyyətimi çox çəkib”.

Qeyd edək ki, mətbautda Gülay Zeynallı ilə idmançı Kamil Zeynallının ayrılıdğı qeyd edilmişdi. Cütlüyün Sahilə adlı qızları var.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər