17 Yanvar 2020 12:51
1 837
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Niyə müğənninin sadəcə dekoltesi gündəm olur? İki dəfə paltardan yazanda üç dəfə də başqa xəbərlər yazsınlar. Əslində bu, sözün yaxşı mənasında populyar insanın aqibətidir”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Tünzalə Ağayeva açıq-saçıq və bahalı geyimlərinin gündəm olmasından danışarkən deyib:

“Tanınmış modelyer Gülnarə Xəlilovanın əl işlərini geynirəm. Dünya ulduzları daha bahalı paltarlar geyinirlər.

Bəlkə də biz onu ən əməl edənlərdənik. Elə günüm olub, paltarımın ümumi büdcəsi 200 manatı keçməyib. Amma çox ciddi pul xərclədiyim zaman da çoxdur. Çox məşhur markalara müraciət edirəm. Bu məsələyə özəlliklə yanaşırıq. Sənətim və görünüşüm bir-birini tamamlamalıdır.

Biz bunun üzərində uzun yol keçmişik, birdən-birə olmayıb. Gülnarə xanım həmişə məndən tələb edirdi ki, sən çox bahalı geyinməlisən. Deyirdim, edəcəm. Bunu məndən dövr, cəmiyyyət, çıxdığım çevrə də tələb edir. Çox yüksək təbəqəyə çıxıram. Çünki yüksək təbəqənin tədbirlərində oluram”.

“Sizi estradamızın ən bahalı geyinən müğənnilərindən biri hesab etmək olarmı” sualına Tünzalə Ağayev cavabda deyib ki, müğənnilərdən biridir deyə bilərsiniz: “Hesab etmirəm ki, birinci mənəm. Paltarlarımın müzakirə olunmasına müsbət baxmalıyam, mənfi yox. Müzakirələrim mənfilik üzərində qurulmur.

Mən bir çox brendlərin müşətərilərindən biriyəm. Səhnə paltarlarıma xüsusi diqqət edirəm. Ayaqqabıya çox pul xərcləyirəm, çantaya yox...”

Xalq artisti adını daşıyan şokolad istehsalı olduğunu da bildirib: “ 20 ildən sonra illərdə axtarışda olduğum ideyanı tapdım. Quru meyvə və yüksək keyfiyyətlə hazırlanmış şokolad... Biz Azərbaycan bazarına yeni dad gətirəcəyik. Öz adımı bu markanın üzərinə qoymuşam.

Bu qərarın məsuliyyətini daşıyıram. Özüm sağlıqlı qidaya fikir verdiyim şokoladın tərkibinə çox diqqətlə yanaşmışam”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər