Türkiyənin məşhur modeli Çağla Şıkel dəfilədə təhlükə ilə üzləşib.
Teleqraf.com xəbər verir ki, model İstanbul Konqres Mərkəzində baş tutan dəfiləyə çıxıb.
Onun dəfiləyə çıxdığı ərəfədə tavandakı pərdələr üçün istifadə edilən dəmir səhnəyə düşüb.
Çağla Şıkel ölümdən son anda xilas olub. O, peşəkarlığını pozmayaraq podiumdakı çıxışına davam edib.
Qeyd edək ki, Çağla Şikel Azərbaycan əsillidir.