17 Yanvar 17:29
691

Türkiyənin ATV kanalında yayımlanan “Hercai”nin aktyoru Akın Akınözün yutubda yayımlanan səmimi görüntüləri silinib.

Teleqraf.com xəbər verir ki, yutub qaydalara zidd olduğu üçün Akın Akınözü ilə sevgilisi Sandra Pestemalcının təyyarədəki öpüşmə görüntülərini ləğv edib.

Yeni ili sevgilisi ilə Parisdə qarşılayan aktyorun Türkiyəyə gələrkən sevgilisi ilə səmimi görüntüsü yayılmışdı və müzakirələrə səbəb olmuşdu.

Qeyd edək ki, Akın Akınözü “Hercai” serialında Miran obrazını canlandırır.


Müəllif: Rəqsanə Həsənova