20 Yanvar 18:25
340

Amerikanın məşhur müğənni və söz yazarı David Olney səhnədə dünyasını dəyişib.

Teleqraf.com xəbər verir ki, David Olney 71 yaşında ABŞ-ın Florida ştatında konsert verərkən səhnədə infarkt keçirib.

İfaçının dostu Skott Miller onun mahnı ifa edərkən “Üzr istəyirəm” dediyini və əlini ürəyinin üzərinə götürərək vəfat etdiyini açıqlayıb.


Müəllif: Rəqsanə Həsənova