Türkiyəli tanınmış müğənni Haluk Levent Türkiyənin Elazığ şəhərində baş verən zəlzələyə görə konsertini ləğv edib.
Teleqraf.com xəbər verir ki, Haluk Levent Bursada baş tutacaq konsertini təxirə salıb.
O, zəlzələnin baş verdiyi şəhərə gedəcəyini açıqlayıb.
Qeyd edək ki, ötən gecə Türkiyənin Elazığ və Malatya şəhərində 6.8 bal gücündə zəlzələ baş verib.