Türkiyənin məşhur prodüser-aparıcısı Acun Ilıcalı Elazığ şəhərində baş verən zəlzələyə görə yardım kampaniyası təşkil edib.
Teleqraf.com xəbər verir ki, Acun Ilıcalı güclü zəlzələ nəticəsində əziyyət çəkənlərin hesabına 51 milyon TL köçürüb.
Onun təşkil etdiyi kampaniyaya ən çox yardım edən iş adamı Cəmil Kazancı olub. O, 2 milyon TL maddi yardım edib.
Daxili İşlər naziri Süleyman Soylu isə zəlzələ qurbanlarının hesabına 20 min TL bağışlayıb.