Bu gün mediada xalq artisti Zaur Rzayevin ayağının sınması haqqında xəbər yayılıb.
Xalq artistinin oğlu Azər Rzazadə Teleqraf.com-a açıqlamasında yayılan məlumatların əsassız olduğunu deyib: “Ayağı sınmayıb, əzilib. Çox şükür, ciddi bir şey yoxdur”.
Qeyd edək ki, prodüser Tarix (Tolik) Əliyev “Hər şey daxil” verilişində Zaur Rzayevin ayağının sındığı üçün efirə qonaq gələ bilmədiyini açıqlayıb.