28 Yanvar 2020 12:45
1 247
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya ulduzu Selena Qomez keçmiş sevgilisi Castin Biber haqqında danışıb.

Teleqraf.com xəbər verir ki, o, 27 yaşlı pop ifaçısı Castin Biberlə yeddi illlik münasibəti barədə ilk dəfə etiraf edib.

Selena Qomez ifaçı haqda şok iddia səsləndirib: “Münasibətimiz davam edərkən təcavüzə uğradığımı hiss etdim”.

Jurnalistin “Duyğusal təcavüzmü? sualına isə belə cavab verib: “Bəli. Çox pis münasibətimiz vardı və hər şeyin bitdiyi üçün çox xoşbəxtəm”.

Selena Qomez heç vaxt bu haqda danışmaq istəmədiyini də bildirib.


Müəllif: Rəqsanə Həsənova