Türkiyəli müğənni Sinan Akçılın həyat yoldaşı, aktrisa Burcu Kıratlı fırıldaqçıların qurbanı olub.
Teleqraf.com xəbər verir ki, Burcu Kıratlı sonuncu oynadığı “Aşk və Mavi”serialından əldə etdiyi 500 min TL-sini itirib.
Məhkəməyə şikayət edən aktrisa “Ponzi oyunu”na (investorlara qarşı onların əldə etdiyi gəlirlərlə ödənişin həyata keçirildiyi fırıldaqçılıq metodu) üzv olduğunu deyib.
Qeyd edək ki, aktrisa “Aşk və Mavi”serialında Əmrahla tərəf-müqabil olub.