Xalq artisti Aygün Kazımova məşhur məkanların birində ad gününü qeyd edib.
Teleqraf.com xəbər verir ki, 49 yaşı tamam olan Aygün Kazımova doğum gününə çox az sayda sənət dostlarını dəvət edib.
Xalq artisti gecəyə müğənni Dilarə Kazımova, aparıcı Hacı Nuran, müğənni Rəhim Rəhimli, şair Cəlal Qurbanovu çağırıb.
Aygün Kazımovanın özəl gecəyə rəfiqəsi, xalq artisti Zülfiyyə Xanbabyevanı dəvət etməməsi diqqət çəkib.
Sözügedən görüntülər sosial şəbəkədə paylaşılıb.