30 Yanvar 2020 12:33
3 365
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Əvvələr insanlara daha çox inanırdım, sonra onları tanımağa başladım. İndi daha yaxşı tanıyıram”.

Teleqraf.com xəbər verir ki, bu sözləri məşhur diktor Nailə İslamzadə rejissor Nail Naiboğlunun Yutub kanalında suallarını cavablandırarkən deyib.

Müsahibəni təqdim edirik:

- Nailə xanım, niyə televiziyada çalışan xanımlara pis baxırlar?

- Vallah, pis baxmırlar. Mənə pis baxan görməmişəm və hiss etməmişəm. Mənə yazmayıblar ki, sizə pis baxırıq.

- Bəzi ailələr qızlarının televiziya sahəsində çalışmasını istəmirlər.

- Bəzən elə şeylər görürlər və çəkinirlər ki, qızları da elə edər... Aparcılıqda hər şeyimiz ideal deyil axı.

- Sizin diktor olmağınıza ailəniz razı idi?

- Bəli, mənim dörd qardaşım vardı. Ziyalı ailədən çıxmışam, ona görə də normal baxırdılar. Şəhərdə qalmaq istəmirdim, İnstitutu bitirib, Balakənə qayıtmaq fikrindəydim. Təsadüfən müsabiqədən keçdim və burada qaldım. Sonra da ailə həyatı qurdum.

- Nailə xanım ölümdən qorxurmu?

- Xeyr, ölümdən qorxanlar bu dünyada çox günah etmiş insanlardır.

- Nailə xanımın əlinin duzu varmı?

- İnsanlara yaxşlılıq edəndə qarşılığını gözləməmək lazımdır. Yaxşılıq etdinsə, burax getsin. Yoxsa düşünərsən ki, yaxşılıq etdim, məni axtarmadı. Ailədə də belədir. Bəzən deyirlər ki, özümü uşağa qurban verdim, sən mənə baxmadın. Mən sənə filan şeyi etdim, sən etmədin. Həyatda özünü heç kimə qurban vermək lazım deyil.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər