Xalq artisti Röya Ayxan “W-Trio”nun keçmiş solisti Elnarə Xəlilovaya dəstək olub.
Teleqraf.com xəbər verir ki, o, müğənni həmkarının “ATV maqazin onlarla” proqramında tələbə yetişdirmək təklifinə müsbət rəy verib.
Röya Ayxan özünü pedaqoq kimi sınayacağını da qeyd edib: “Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində bir otaq ayırsın. Mən orada dərs deyəcəm.
Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğurdan da, edərəm. Bəlkə də, tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım? Bəlkə də, konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz”.
Qeyd edək ki, Elnarə Xəlilova musiqi məktəbi açaraq “W-Trio”nun keçmiş solistlərini oraya dəvət etmişdi.