Əməkdar artist Ədalət Şükürov Bakı Nəqliyyat Agentliyini sərt tənqid edib.
Teleqraf.com xəbər verir ki, Ədalət Şükürov İnstaqramda video paylaşaraq bu sözləri qeyd edib: “Mən indi 20 Yanvar dairəsi istiqamətindəyəm. Yarım saatdır tıxacdayam. Bakı Nəqliyyat Agentliyi nə işlə məşğul olur?
Təzə yem tapıblar. Heç nə etmirlər, maşında otururlar və mərkəzdə fırlanırlar, pul yığırlar. Bunların başqa işləri yoxdur. 20 Yanvar dairəsində bir dəfə də onları görməmişəm. Camaatı başa salsınlar ki, burda avtomobil saxlamaq olmaz.
Ümumiyyətlə, maarifləndirmə yoxdur. Dövlət yol polisləri sağ olsunlar. Fəaliyyətləri görünür. Amma Bakı Nəqliyyat Agentliyi nə işlə məşğul olur? Heç vaxt onları 20 Yanvar dairəsində görməmişəm”.