Helikpoter qəzasında dünyasını dəyişən basketbolçu Kobe Brayantın həyat yoldaşı Vanessa Brayant ilk dəfə danışıb.
Teleqraf.com xəbər verir ki, qəzada qızını və həyat yoldaşını itirən Vanessa Brayant sosial şəbəkədə paylaşım edib. O, ailəsinə dəstək olan hər kəsə təşəkkür edib:
“Qızlarım və mən, bu çətin vəziyyətdə bizə dəstək olan və sevgisini göstərən milyonlara təşəkkür edirik. Dualarınız üçün minnətdaram. Sevgi dolu həyat yoldaşım və qızım Giannanın ani ölümü ilə sarsıldıq.
Sonsuza qədər bizimlə qalacaqlar və onlarsız həyatı xəyala gətirmək imkansızdır. Amma hər sabah qızım və Kobe üçün oyanmalı və həyatımzıa davam etməliyik. Onlara bir daha sarılıb, öpmək istəyərdim. Acımızı paylaşdığını üçün təkrar təşəkkür edirəm”.