30 Yanvar 2020 21:39
1 549
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda qonaq olan Türkiyənin məşhur modeli İvana Sərt Teleqraf.com-un suallarını cavablandırıb.

- İvana xanım, ölkəmizə tez-tez gəlirsiniz?

- Bəli, Bakıya tez-tez gəlirəm və özümü evimdəki kimi hiss edirəm. Azərbaycan ilə Türkiyə qardaş ölkə olduğu üçün elə də fərq hiss etmirəm. Bakı çox yaxşı şəhərdir və burada xöşbəxtəm. İnsanlarınızı çox sevirəm. Burada hər şey gözəldir.

- Bir müddət əvvəl aktyor Oqtay Kaynarca Bakıdan ev alacağını bildirdi. Sizin necə belə bir fikriniz varmı?

- Hazırda Bakıdan ev almaq fikrim yoxdur. Burada yeni layihəyə başlayacağıq. Ona görə bir müddət sevə-sevə Bakıda qalacam. Burada dost-tanışlarım çoxdur. Hazırda yatırım etmək lazımdır. Nə zamansa ev ala bilərəm, amma indi yox.

- Türkiyədə tanınmışlar yatırımları ilə də diqqət çəkirlər.

- Sadəcə gözəl deyiləm, beynim də çalışır. İşləməyi sevirəm. Kosmetika firmam var. Mahnı da oxumağa başladım. Hər şey yaxşı gedir. Televiziya proqramları olmayanda da boş oturmuran. Mütləq iş görürəm. Çox çalışqan insanam.

- Sizi münsif olduğunuz "İşte benim stilim" verilişindən sonra başqa layihələrdə görmədik. Yenidən moda ilə bağlı layihə həyəya keçirməyi düşünürsünüz?

- Hazırda cavab gözləyirəm. Yeni layihə təqdim etmişəm. İnşallah yaxın zamanlarda yeni veriliş təqdim edəcəyik. Hazırda bir neçə televiziya ilə danışıqlarımız gedir. Moda ilə bağlı olacaq. Azərbaycanda da moda ilə bağlı layihə icra edəcəyik. Hazırda Türkiyədə moda ilə bağlı verilişlərə ehtiyac var. Yaxın günlərdə başlayacağıq.

- Türkiyədə model Günay Musayeva və aktrisa Nəsrin Cavadzadə də çox tanınır. Onlarla münasibətiniz necədir və görüşürsünüzmü?

- Xeyr, görüşmürəm. Çünki hər birimizn işləri çoxdur. Görüşmək imkanımız olmur.

- "İşte benim stilim" Azərbaycanda da çox sevildi. Layihənin davamı gəlmədi. Səbəb nə idi?

- Ən gözəl zamanda bitirmək lazımdır ki, tamaşaçılar gözləsinlər.

- Oradakı münsiflərdən kiminlə dostluq münasibətiniz davam edir?

- Hakan Akkaya ilə dostluq münasibətimiz var. O mənim qardaşımdır.

- Modelyer Nur Yerlitaşla münasibətiniz necədir?

- Nur Yerlitaş xəstə olduğu üçün çox çölə çıxmır. Ona görə də görüşə bilmirik. Amma onu da çox sevirəm.

- Daim formada qalmaq üçün nələr edirsiniz?

- İdman edirəm, çoxli su içirəm, vitaminlər qəbul edir və düzgün bəslənirəm. Xəmir və şəkərli qidalardan uzaq dururam. Özümə yaxşı baxıram. Təbii ərzaqlara üstünlük verirəm. İdeal görsənməyi sevdiyim üçün özümə yaxşı baxıram.

- Şəxsi həyatınızla da gündəmdəsiniz. Yenidən evlənməyi düşünürsünüzmü?

- Xeyr, evlənməyi düşünmürəm, oğlum var. O mövzuları bağlamışam. Böyük danışmayım, amma indi elə bir fikrim yoxdur.

- Sevgiliniz Can Çelebidən niyə ayrıldınız?

- Bəli, sevgimiz bitdi və münasibətimiz sona çatdı. Hansısa şiddət yox idi. Sevgimiz bitdi və ayrıldıq.

- Keçmiş həyat yoldaşınız Yurdal Sərtdən ayrılmağınıza baxmayaraq hələ də onun soyadını daşıyırsınız...

- "Sərt" mənim markamdır. Eləcə də oğlum var. Ana olaraq oğlum ilə fərqli soyadımın olmasını istəmədim. Amma keçmiş həyat yoldaşımla da münasibətim yaxşıdır, hər hansı problemimiz yoxdur.

- Yurdal bəylə yenidən ailə qura bilərsiniz?

- Xeyr.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər