Müğənni Nadir Qafarzadə yenə qalmaqallı açıqlamaları ilə gündəmə gəlib.
Teleqraf.com xəbər verir ki, “Show news”a danışan ifaçı özünü tərifləyən həmkarlarına Maykl Ceksonu misal göstərib:
“Hamı məni sevə bilməz. Deməli artıq həyat, yaradıcılıq sona çatıb. Heç Maykl Cekson demirdi ki, məni dünya sevir. Onu da sevməyənlər var idi.
N.Qafarzadə sənəti, səsi olmayan həmkarları barədə də sərt danışıb:
“Onlar sənətkar deyillər, sənətdən kar olanlardır”.
Müğənni yaşlı İnstaqram istifadəçilərinin paylaşımlarından da xeyli gileylənib:
“İnstaqramda paylaşımlar o qədər şit olub ki, “Tik-Tok”lar çəkirlər. Gəncləri bildik, yaşlılar özlərini meymun yerinə qoyublar. Əvvəllər ağbirçək, ağsaqqallardan gənclər nümunə götürürdü. İndi bəzi yaşlı insanlar özlərini qoyublar pis vəziyyətlərə. Adam utanır ki, onlara ağsaqqal desin.
Sosial şəbəkədə onu tənqid edənlər haqqında isə ifaçı bunları deyib:
“Əvvəllər mənə tənqid və təhqir yazanlara cavab verirdim. Daha sonra düşündüm ki, cavablandıraraq onları sevindirməyim. Misal var, it hürər məsələsi.... Tənqidləri silmirəm, yüz dənə tərifləyən olanda qoy ikisi də pisləsin”.