1 Fevral 2020 21:39
3 218
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün əməkdar artist Aybəniz Haşımovanın qızı, gənc müğənni Aynişan Quliyevanın toy mərasimi keçirilir.

Teleqraf.com xəbər verir ki, fitnes məşqçisi Kənan Əliyevlə evlənən Aynişan Quliyevanın toy mərasimi tanınmış məkanların birində baş turur.

Xalq artistləri Zülfiyyə Xanbabayeva, Röya Ayxan, Eyyub Yaqubov və b. məşhurlar toyda çıxış edəcəklər.

Toyun aparıcılığı isə İctimai televiziyanın əməkdaşı Azər Süleymanova həvalə edilib.

Qeyd edək ki, toy məclisində qonaq qismində Tağı Əhmədov, Mirşahin Ağayev, əməkdar artist Naidə Orucova və b. tanınmış simalar iştirak edirlər.


Müəllif: Rəqsanə Həsənova