Klassik avtomobillərə olan həvəsi ilə tanınan aktyor Burak Özçivit özünə yeni maşın alıb.
Burakın yeni aldığı avtomobil 1998-ci il modeli qara "Camaro SS"dir. O, yeni maşınına 150 min lirə (təxminən 42 500 AZN) pul xərcləyib.
Qeyd edək ki, aktyor bundan əvvəl sarı rəngdə 1974-ci il modeli "Camaro" avtomobili üçün 91 min lirə (təxminən 25 800 AZN), "Ferrari F355" avtomobili üçün isə bir milyon lirəsindən (təxminən 283 800 AZN) keçib.
/Axşam.az/