3 Fevral 2020 13:22
2 153
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Damla “ATV maqazin onlarla” verilişində qalmaqallı açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com xəbər verir ki, “33 sual” rubrikasına qonaq olan Damla çəkiliş heyətini tanışının iki milyonluq villasında qarşılayıb: “Ev mənim deyil. Pafoslu şəkildə yalan danışmağı bacarmıram. Sizi ailəlikcəbizə doğma olan insanın evində qarşılayrıam. Öz evim kimdir. Heç vaxt maşın, pul, bahalı ev görüntüsü ilə dinləyici qarşısına gəlməmişəm və gəlmək fikrim də yoxdur. Öz evim təmirdədir”.

Müğənni xalq artisti Tünzalə Ağayevanın ona ünvanladığı “Səviyyəmdə olmayan birinin gözündə necə olmağımın mənə maraqlı deyil. Həqiqət həmişə acı olur. Viruslardan özünüzü qoruyun” firkinə belə reaksiya göstərib:

“Çox istərdim ki, sənətkarlarımız müraciət formalarında yeni gələn ifaçılara qarşı diqqətli olsunlar. Hanısa bir xalq artisti çox kəskin şəkildə əl sallayaraq məni təhqir edirsə, mən də illər sonra yeni çıxan müğənniləri aşağılayacam. Mən də gələcəkdə xalq artisti olacamsa yeni gələnləri aşağılamalıyam?

Bizi təhqir etmək, ələ salmaq, gülüş obyektinə çevirmək doğru deyil. Eyni zamanda müəllim kimi fəaliyyət göstərib. O statusda olan insan daha yaxşı çıxış edə bilərdi”.


Müəllif: Teleqraf.com