3 Fevral 2020 15:07
1 786
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İstərdim” adlı mahnıya çəkilən yeni duetimi sosial şəbəkədə təqdim edəcəm. Heç vaxt klipim üçün təqdimat keçirməmişəm. Layihədən sonra ola bilər. Klipə nə təqdimat?”

Bu sözləri Teleqraf.com-a açıqlamasında xalq artisti Zülfiyyə Xanbabayeva yaradıcılığından danışarkən deyib.

Şəxsi həyatı haqqında danışmağı sevməyən Zülfiyyə Xanbabayeva "Yaxın günlərdə sosial şəbəkədə həyat yoldaşınızla foto paylaşdınız…" qeydinə isə "Bəli, amma şəxsi həyatımla bağlı danışmağ sevmirəm” deyə cavab verib.

Qeyd edək ki, Zülfiyyə Xanbabayeva "Simurq" futbol klubunun eks-prezidenti Zaur Məmmədovla evlidir, cütlüyün Dəniz adlı bir qızı var.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər