Stilist Samiraldo Nəfəs LGBT (lezbiyan,gey, biseksual, transseksual) Azərbaycan Alyansının prezidenti Atilla Bəy Cavidin eynicinsli sevgilisi ilə nişanlanmasını pisləyib.
Teleqraf.com-un məlumatına görə, Oxu.az mövzu ilə əlaqədar ölkənin tanınmış stilistinin də fikirlərini öyrənib.
“Hər kəs öz yerini, hansı ölkədə yaşadığını unutmamalıdır. Həmcinslərin ailə qurması azərbaycanlılara və Azərbaycanın qanunlarına qarşı hörmətsizlikdir. Onlar ən azından bunu başqa ölkədə edə bilərdilər. Hansı ki, həmin ölkələrdə bu cür nikahlara icazə verilir”. - deyə Samiraldo eynicinslərin nişanlanmasını pisləyib.
Qeyd edək ki, Azərbaycanda eynicinsli şəxslərin nikahı qanunla qadağandır.