7 Fevral 2020 10:45
1 122
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Ad günümü xüsusi qeyd etmək istəmirəm. Yəni böyük ad günü tədbiri olmayacaq. Sadəcə yaxın dostlarımla oturacağıq, çünki bu, yubiley deyil”.

Bu sözləri Teleqraf.com-a açıqlamasında 29 yaşını qeyd etməyə hazırlaşan Günya İbrahimli deyib:

“Ad günümdə kədərlənmirəm, çünki yaş ötdükcə insan daha da təkmilləşir. Hər yaşın öz gözəlliyi var. Düşünürəm ki, bu illəri – gəncliyi də, qocalığı da yaşamalıyıq. Yaşlanmaqdan qorxmuram”.

İş adamı ilə münasibətdə olan Günay İbrahimli qarşıdan gələn 14 fevral sevgililər günündən də danışıb: “14 fevral sevgililər günündə sürpriz ola bilər. Amma hansınsa planım yoxdur. Mənim həyatımda hər şey ekspromt olur. Hədiyyəyə gəlincə, hər xanım kimi diqqəti sevirəm. İnsan var, deyir ki, gül nəyə lazımdır. Amma bir gül belə insanın əhvalını qaldırır.

Gül bir neçə gün sonra solur, bu, təbiidi. Amma gülü təqdim edən anda insanın yaşadığı xoşbəxt əhval günlərə, aylara bərabərdir. Hədiyyənin böyük-kiçik olmasının fərqi yoxdur, onu əsas kimdən aldığın önəmlidir”.

“Bu il ailə qurmağı düşünürsünüzmü” sualına isə müğənni qısa və qeyri-müəyyən cavab verib: “Bilmirəm, qismət. Allah bilən məsləhətdir”.

İfaçı oğlanların plastik əməliyyat etməsinə də münasibət bildirib: “Oğlanlar plastik əməliyyatda qızlar keçib, biabırçılıqdır”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər