7 Fevral 2020 17:38
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Elmira Rəhimova xəstəxanaya yerləşdirilib.

Teleqraf.com xəbər verir ki, bu haqda İnstaqramda Hacı Nuran məlumat verib: “Onu heç xəstə yatağında görmək istəməzdim. Amma nə edəsən ki, yaş öz sözünü deyir. Elmira Rəhimovanı həmişə şux, gümrah görməyə adət etmişəm.

Düzdür, son vaxtlar səhhətindəki problemləri bilirdim, amma buna baxmayaraq, özünü sındırmır, zarafatla da olsa "Maşallah, top kimiyəm", deyirdi.

Elmira Rəhimova mənə anam qədər əziz bir insandır. Onun barəsində nə qədər yazsam, yenə azdır. Elmira Rəhimovanın Azərbaycan incəsənətində xüsusi yeri var”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər