Roza Zərgərli övladları haqqında danışıb.
Müğənni Teleqraf.com-a açıqlamasında övladlığa götürdüyü Corc Qafarov haqqında bu sözləri deyib:
"Corc illər əvvəl serialda oğlum obrazını oynadı və həyatda da oğlum oldu. Mənə kimsə deyəndə ki, necə anasınız? Onda inciyirəm. Çünki o mənim özümündür".
Sənətçi qızı Bənövşənin tez evlənməsinə də razı olmadığını deyib:
"Qızım Opera və Balet Teatrında işləməyə başladı. Artıq onu tamaşalarda görəcəksiniz. Hər zaman evlənmək olur. Ən əsası kariyera qurmalıdır".
Qeyd edək ki, Roza Zərgərlinin bir qızı və iki oğlu var. Corc Qafarov aktyordur və Qaraçuxur bələdiyyəsinin üzvü seçilib.