Xəbər verdiyimimiz kimi, bu gün Bakıdakı restoranlardan birində xalq artisti Fidan Qasımovanın oğlu Fəridin toy mərasimi baş tutub.
Xuraman Qasımova Teleqraf.com-a açıqlamasında cütlüyə xoşbəxtlik arzu edib:
"Belə bir gündə cavanlara yalnız xoşbəxtlik arzu edirəm. Oğullu, qızlı olsunlar. Bir-birini sevsinlər, tamamlasınlar, güzəştə getsinlər və xoşbəxt etsinlər".
Gəlinin anası əməkdar artist Naidə Orucova isə hisslərini belə biruzə verib: "Çox xoşbəxtəm. Hamı bilir ki, bu günü gözləyirdim. Övlad toyunu görmək
bütün valideynlərin arzusudur. Nəhayət, bu günü gördüm. Bütün valideynlərə bu günü arzu edirəm".
Ailəyə yaxın olan aparıcı Hacı Nuran isə bu sözləri deyib: "Bu gün uşaqlıq dostumun toy mərasimidir. Mənim valideynlərim Fidan və Xuraman xanımla çox yaxın olublar. Onların oğlu da bizim ailənin bir parçasıdır. Biz uşaqlıqdan bir yerdə böyümüşük. Onlar mənə çox doğmadırlar, ikinci anam kimidirlər. Gəlinimiz Bilqeyis xanım Fidan Qasımovaya oxşayır. Allah onları xoşbəxt etsin".
Qeyd edək ki, Fidan Qasımovanın oğlu Fərid Naidə Orucovanın qızı Bilqeyis ilə evlənir.