Müğənni Gülay Zeynallı “ATV maqazin onlarla” verilişində qonaq olub.
Teleqraf.com xəbər verir ki, Gülay Zeynallı ilk dəfə evinin qapılarını mediaya açıb.
O, qızı Sahiləyə həyat yoldaşı Kamil Zeynallının çox vaxt ayırmasına münasibət bildirib: “Qızıma atası baxır, dayə baxmır ki...Sən o adamlardan qorx ki, uşağı dayənin üzərinə atıb çıxır gedir”.
Müğənni rəqabətdə olduğu həmkarı İlahə İbadovadan da danışıb: “İtib yoxdur. Bilirəm ki, sabah itsəm məni də axtarmayacaqlar. Rəqabətdə qalib çıxmadım. Sadəcə olaraq öz üzərimdə işləyirəm. Mən bu gün varam”.