10 Fevral 2020 15:41
723
12 Punto 14 Punto 16 Punto 18 Punto

Amerikalı aktyor Bred Pitt ilk dəfə “Oskar” mükafatına layiq görülüb.

Teleqraf.com xəbər verir ki, səhnəyə çıxan Bred Pitt ABŞ prezidenti Donald Trampa qarşı aparılan impiçment prosedurundan danışıb.

Aktyor bu prosüdura görə Trampın keçmiş müşavirini ittiham edib:

“Danışmaq üçün 45 saniyəm var. Con Bolton Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri idi. Müəllifi olduğu kitabda Tramp haqda qələmə aldığı fikirlər tutduğu postdan uzaqlaşdırılmasına səbəb oldu. Müxalifətdəki demokratlar isə Boltonun Senata çağırılmalı olduğunu söylədilər, ancaq Bolton bu prosedurdan kənarda qaldı”.


Müəllif: Rəqsanə Həsənova