10 Fevral 2020 16:49
1 414
12 Punto 14 Punto 16 Punto 18 Punto

Meyxanaçı Samirə Yusifqızı “Ona qalsa” verilişində qonaq olub.

Teleqraf.com xəbər verir ki, meyxanaçı etirafı ilə diqqət çəkib:

“İllər öncə Səudiyyə Ərəbistandan qastrol səfərdən qayıdırdım. Ansambl orada idi, mən tək gəlirdim. Təyyarə çox pis titrədi, çox qorxdum. Bir də gördüm bir xanım mənə yaxınlaşdı və dedi ki, sizi bələdçi çağırır. Və dedilər ki, Samirə xanım, sizdən bir xahişim var, mahnı oxumağınızı istəyirik.

Düşündüm ki, təyyarədə pis vəziyyətdədir, qəza olacaq. Məndən də sonuncu dəfə mahnı oxumağı xahiş edirlər, insanların fikirlərini çaşdırmaq üçün.

Kövrəldim ki, həyatım bitdi, uşaqlarım yetim qaldı. Mahnı oxudum və sonra bələdçi mənə yaxınlaşdı ki, şirkətin rəhbəri də ailəsi ilə bizimlə uçur, o, sizin mahnı oxumağınızı xahiş etmişdi.

Getdim bələdçinin yanına və dedim ki, hər biriniz beş dollardan yığın, amma pulumu vermədilər”.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər