“Avroviziya-2011”in qalibi Nigar Camal Teleqraf.com-un suallarını cavablandırıb.
- AzTV-də Eldar Qasımovla birlikdə "Telesəhər" verilişini aparırsınız. Aparıcı kimi fəaliyyətiniz necə gedir?
- Əslində, aparıcılıq da çox maraqlıdır. Bilməzdim ki, bu dərəcədə maraqlı olacaq. Özünü fərqli hiss edirsən...
- Aparıcılıqda hansısa çətinlik yaşayırsınız?
- Bir az dilə görə çətinlik olur, yavaş-yavaş o da düzəlir.
- Verilişinizə gəlməkdən imtina edən həmkarlarınız olub?
- Xeyr.
- Niyə müğənni kimi televiziyalara çıxmırsınız?
- Çünki AzTV-də çəkilişlərimiz olur. Tədbirlər var, işlərim çox olur.
- Yoxsa bizim efiri bəyənmirsiniz?..
-Xeyr. Bir həftə Bakıda, bir həftə Londonda oluram, çatdıra bilmirəm. İşlərimiz çox olur.
- Efirə çıxarkən şərt qoyan müğənnilərə münasibətiniz necədir?
- AzTV-nin öz şərtləri var. Bağlı geyinməlisən, çox açıq-saçıqlıq olmaz.
- Efirə hansısa müğənni ilə çıxmaqdan imtina etmisiniz?
- Xeyr, elə şey yoxdur. İş işdir və məndə belə xüsusiyyət yoxdur. Ay kimisə “vurmaq” və s… Gedirəmsə gedirəm.
- Trendə düşən müğənniləri dinləyirsinizmi, Şəbnəm Tovuzlunu, Damlanı?
- Xeyr. Son zamanlar xoşuma gələn mahnı yoxdur. Hansısa mahnı xoşuma gəlsə qulaq asaram.
- Miri Yusif, Röya Ayxan xalq artisti fəxri adına layiq görüləndə onları təbrik etdiniz?
- Tünzalə Ağayevanı təbrik etdim.
- Qalmaqal yaşadığınız Röya Ayxanla münasibətiniz necədir?
- Bu suala cavab vermək istəmirəm.
- Daim formadasınız. Bu baxımdan idmana, yoxsa pəhrizə borclusunuz?
- Əslində, çox kilo almıram. Artıq kilo alan kimi pəhrizə otururam. Xüsusi şirkətin dietik yeməklərinə müraciət edirəm, özüm yemək hazırlamıram.
- Dilarə Kazımova ilə siz açıq-saçıq geyimlərdən çəkinmirsiniz.
-Yerinə, getdiyim məkana görə geyinirəm.