Nizami Kino Mərkəzində təqdimatı baş tutan “Sevgi romanı” filminin qala gecəsində duyğusal anlar yaşanıb.
Teleqraf.com xəbər verir ki, filmin prodüseri və baş qəhrəmanı Oksan Rəsulova ekran əsərində çəkilən rəqqasın vəfat etdiyini açıqlayarkən kövrəlib:
“Filmdə altı rəqqas iştirak etdi. Onlardan biri Cavid Hacıyev dünyasını dəyişib. Özümə gələ bilmirəm. Cavidin anası və qardaşı zalda əyləşib. Onlara baş sağlığı verirəm. Allah rəhmət eləsin. Filmi onun əziz xatirəsinə həsr edirik”.
Qeyd edək ki, filmdə xalq artisti Kazım Abullayev, Oksana Rəsulova, Şəhriyar Əbilov, Azər Əydəmir və başqa aktyorlar çəkilib.