13 Fevral 2020 17:27
1 286
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xalq artisti Röya Ayxan “Şou Nyus” verilişinin qonağı olub.

Teleqraf.com xəbər verir ki, müğənni bir müddət əvvəl qalmaqal yaşadığı Brilliant Dadaşova və Zülfiyyə Xanbabayeva haqqında danışıb:

“Özüm çox rahat insanam, bəlkə də bundan irəli gəlir. Məsələn, mən biləndə ki, toyu Brilliant xanım aparır, ora 10-15 dəqiqə tez gedirəm. İçəri girib o qədər danışıram ki, axırda məni qapıdan gülə-gülə qovur ki, səsim batdı, çıx-çıx...

Keçən dəfə salonda bəzənirdim, Zülfiyyə Xanbabayeva gəldi dedi ki, düş aşağı, mən gecikirəm. Məni düşürüb özü bəzəndi. Mən gülürəm, özü də başlayır gülməyə.

Bir-birimizə hər şeydə söz eləsək, bu cür sevgi-hörmət olmaz. İçəri girəndə özümün və onun müsbət və mənfilərindən danışıram. Brilliant xanımla gözəl dostluğumuz var. Mən də onu çox sevirəm. Yaxşı ki, mənim belə sənətkarım var”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər