“Avroviziya-2010” təmsilçimiz Səfurə Əliyeva sosial şəbəkədəki paylaşımı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Səfurə Əliyeva İnstaqramın hekayə bölümüdə həyat yoldaşının ona hədiyyə etdiyi gülün fotosunu paylaşaraq “Sevirəm” şərhini yazıb.
Fərhad Əliyev həyat yoldaşına hədiyyəni 14 fevral beynəlxalq sevgililər günü münasibəti ilə bağışlayıb.
Qeyd edək ki, Safurə Əliyeva mərhum Energetika naziri Natiq Əliyevin oğlu Fərhad Əliyev ilə evlidir. Cütlüyün üç övladı var.