Teleqraf.com xəbər verir ki, 14 fevral beynəlxalq sevgililər günündə Elektra Events Hallda səhnəyə çıxan müğənni konsertdən öncə mətbuat nümayəndələrinin sullarını cavablandırıb.
- Teoman bəy, 14 fevral beynəlxalq sevgililər günündə Bakıya gəldiniz. Bunun mənası nədir?
- Özəl günlərin, sevgililər gününün mənim üçün önəmi yoxdur. Amma tamaşaçılarım üçün önəmli olduğuna görə həmin günlər konsertlər veririk. Bu günki konsertimin biletləri bir neçə həftə öncə bitib. Bu mənə çox xoş oldu. 14 fevralda səhnəyə çıxmaq zövq verir.
- Şəhərimizi gəzdinizmi?
- Bakıya ilk dəfədir ki, gəldim. Şəhəri gəzə bilmədim. Bu gün gəldim, sabah Türkiyəyə gedəcəm. Amma təkrar yaxın vaxtlarda Bakıya gəlməyi düşünürəm.
- Sosial şəbəkədə azərbaycanlı izləyicilərinizlə danışırsınızmı?
İnstaqramda azərbaycanlı pərəstişkarlarım tez-tez şərhlər yazaraq buraya dəvət edirdilər. Amma münasibətin bu qədər isti olduğunu bilmirdim. Konsertimdə tamaşaçılar çoxdur. Bu qədər gözləmirdim. Mencerim də mənə deyirdi ki, azərbaycanlılar sizin haqqınızda çox gözəl fikirlər bildirirlər.