17 Fevral 2020 15:30
634
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Elçin Cəfərov “Altın Kelebek” mükafatlandırma mərasiminin təşkilatçıları haqqında tənqidi fikirlər səsləndirib.

Teleqraf.com xəbər verir ki, o bu haqda İnstaqramda yazıb. Müğənni tədbirin təşkilatçılarını saxtakarlıqda günalandırıb: "Altın Kelebek" ödüllərinin təşkilatçıları, sözüm sizədir. Mən heç zaman haqsızlığa susmamışam, susmayacam da.

Bu yarışda bizimlə əvvəldən laqeyd davranıldı. Öncə vaxtı dəyişdiniz, sonra isə yalnız xanımların gediş-gəlişini qarşılayacağınızı söylədiniz. Bu qədər məşhur bir yarışın 10 sənətçini Türkiyəyə aparmağa gücü yoxdurmu? Yoxsa burda bizim bilmədiyimiz nə baş verir?

Ən son danışığımızda isə bu sözü eşitdik: “Onsuz da qalib xanımlardan olacaq, bəylərin Türkiyədə iştirakına ehtiyac yoxdur".

Əgər qalib əvvəlcədən bilinirdisə, bizi niyə bu işə cəlb edirdiniz?! Mən hər zaman öz izləyicilərimə diqqət və hörmətlə yanaşmışam. Onlar vaxt ayırıb, ümidlə mənə səs göndəriblər. Bu ən əsas onlara haqsızlıqdır.

Bir şeyi bilməlisiniz ki, kim seçilsə onun uğuruna sevinəcəm. Çünki bu ölkəmizin baş ucalığıdır. Əksinə, yanında olub dəstək olardıq.

Onu da qeyd edim ki, yanlış qəbul edilməsin, burda söhbət maddiyyatdan getmir. Onun davasını aparası olsaydım, çox rahatlıqla təzminat davası açardım və haqlı olaraq qazanardım.

Mən bu oyunların insanı deyiləm. Bu cür haqsızlıqlar etməyin!”.

Qeyd edək ki, bu il ölkəmizi “Altın kelebek” yarışının mükafatlandırma mərasimində əməkdar artist Röya Ayxan, müğənnilər Sevda Yahyayeva, Nura Suri, Gülay Zeynalova, Elçin Cəfərov, Azad Şabanov, aktrisalar Pərvin Abıyeva və Oksana Rəsulova təmsil edir.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər