Türkiyənin məşhur aparıcısı Burcu Esmersoy şəxsi həyatı haqqında etirafı ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, o, kiçik yaşlarında valideynlərinin zorakılığı ilə üzləşdiyini deyib.
Aparıcı atasının onu tualetdə şlanqla döydüyünü bildirib: “Ata anlayışının necə olduğunu bilmirəm. Məni günahalandırmayın, atam xəstələnəndə və çətin vəziyyətdə olanda daxilimdə yaşadığım xoşbəxtliyi dilə gətirə bilmirəm. Bilirəm, bu, yaxşı deyil. Məni yersiz danlayırdı, bacımla sərt rəftar edirdi”.