20 Fevral 2020 11:14
1 113
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin məşhur aktyoru Ahmet Kural avtomobil qəzası keçirib.

Teleqraf.com xəbər verir ki, sərxoş vəziyyətdə sükan arxasına oturan aktyorun avtomobili yararsız vəziyyətə düşüb.

Polis bölməsinə aparılan Ahmet Kural jurnalistlərin suallarını cavabsız qoyub. Üç avtomobilin yararsız vəziyyətə düşdüyü zəncirvari yol qəzasında bir nəfər xəsarət alıb.

Xəstəxanaya aparılan yaralının səhhətinin yaxşı olduğu qeyd edilir.


Müəllif: Rəqsanə Həsənova