20 Fevral 2020 12:25
7 855
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fitness məşqçisi Kənan Əliyevlə ailə quran Aynişan Quliyeva sosial şəbəkədə ona ünvanalanan sualları cavablandırıb.

Teleqraf.com Aynişan Quliyeva ilə qısa müsahibəni təqdim edir:

- Aktrisa kimi fəaliyyətə başlayacaqsınızmı?

- Ürəyimcə rol təklif edilsə, əlbəttə, davam edəcəm.

- Qısqanc xanımsınız?

- Əhvalıma görə dəyişir.

- Kənan bəylə xasiyyətiniz tutur?

-Bütün münasibətlərdə olduğu kimi bəzi mövzularda anlaşılmazlıq olur. Küsmürük, çözməyə çalışırıq.

- Niyə toyunuzdan sonra sosial şəbəkədə aktiv deyilsiniz?

- Hələ ki özümə düzgün vaxt ayırmıram. Tezliklə aktivliyim geri dönəcək. Çünki bu mənim işimdir.

- Kənan bəy yaşca sizdən böyükdür?

- Mən altı gün ondan böyüyəm.

- Kənan bəy sizin qərarlarınıza və işinizə qarşı çıxsaydı, onunla ailə qurardınız?

- Xeyr.

- Qaynananızla yaşayırsız, yoxsa ayrı?..

- Bu sualı mənə çox insan ünvanlayıb. Bilirsiniz mənim anlamadığım nədir... Niyə məhz qaynananı vurğulayırsınız? Əgər ailə içində yaşamaqdan söhbət gedirsə, o evdə qayınata, baldız, qayın da ola bilər. Niyə sadəcə qaynananı soruşursunuz? Niyə bu qədər önyarğılısınız? Niyə qaynana ilə yaşamağı faciə qəbul edirsiniz?

Kaş qaynanamla yaşayardım, qızıl kimi insandır. Onu çox sevirəm. Sevdiyim insanı dünyaya gətirən varlıqdır. Necə sevməyim axı?! Kaş ki hamı gəlinini onu qədər sevsin.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər