21 Fevral 2020 11:14
1 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əməkdar artist Elza Seyidcahan Daxili İşlər Nazirliyinə müraciət edəcək.

Teleqraf.com xəbər verir ki, müğənni bu haqda “Hər şey daxil” verilişində danışıb.

Buna səbəb əməkdar artistin adından sosial şəbəkədə paylaşılan siyasi şeirlərdir.

“Mənim adımdan siyasi şeirlər yazırlar. Buna görə Daxili İşlər Nazirliyinə müraciət edəcəm” – deyə Elza Seyidcahan bildirib.

Qeyd edək ki, əməkdar artist 54 saylı Şabran-Siyəzən seçki dairəsindən namizədliyini irəli sürmüşdü.


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər