21 Fevral 2020 14:13
1 422
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Rəqsanə İsmayılovanın qızı Aysun İsmayılova “Hər şey daxil” verilişində açıqlaması ilə təəccübləndirib.

Teleqraf.com xəbər verir ki, rəqiblərindən danışan Aysun İsmayılova bu sözləri deyib: “Bütün gənc müğənniləri özümə rəqib görürürəm. Öz anamı götürüm, yaxşı mahnı təqdim edəndə düşünürəm ki, onu da keçməliyəm. Üzərimdə çox işləyirəm” .

Müğənni aparıcının “Şəxsi həyatınız sənət həyatına müdaxilə edirmi” sualına isə belə cavab verib: “Gələcəkdə sevdiyim insanla ailə quranda sənətdən gedəcəm. Əvvəl düşünürdüm ki, bu qədər əziyyət çəkib və sonra sənətdən getmək olmaz. Sonra gördüm ki, bu sənət etibarsızdır.

Kim olursansa ol, əgər köhnə müğənnilərdən deyilsənsə, bu gün efirə çıxmırsansa, unudulursan”


Müəllif: Rəqsanə Həsənova

Oxşar xəbərlər